Moskvada banka hücum edən şəxs öldürüldü
Rusiyada “Moskva kredit” bankında girov götürülən bütün əməkdaşlar azad edilib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, xüsusi xidmət orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində bankın ofisində 6 nəfəri girov götürmüş şəxs öldürülüb.
Cinayətkar binanın minalandığını bildirib və böyük məbləğdə pul tələb edib.
Bank ofisinə doğru gedən bütün yollar bağlanıb, ofis mühasirəyə alınıb.
Mənbə:> Oxu.Az