Polis bölməsindəki ölümün səbəbi
Daxili İşlər Nazirliyi vətəndaşın 1-ci polis bölməsindəki ölümlə bağlı rəsmi məlumat yayıb.
Qurumun mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, mayın 12-də Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Əli Rüstəmzadə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, mayın 11-də qəsəbə ərazisində Zaur adlı şəxsin bir neçə nəfərlə birgə onu, həmyerliləri Afəddin Hüseynovu və qardaşı Elməddini xuliqanlıq zəminində döyməsini bildirib.
Araşdırma ilə əlaqədar Xəzər rayon Pİ-nin 1-ci polis bölməsinə dəvət olunmuş qəsəbə sakini Zaur Sultanov bölməsinin həyətindəki oturacaqda infarktdan ölüb.
Mərhumun dayısı Əlihüseyn Zeynalov izahatında Z.Sultanovun ürək xəstəliyindən əziyyət çəkdiyini bildirib.
Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, Lerik rayon sakini, 1986-cı il təvəllüdlü Sultanov Zaur Səxavət oğlunun polis bölməsinə izahatı alınmaq üçün dəvət edildiyi polis bölməsində həyəcandan öldüyü xəbərini APA yaymışdı.
Mənbə:> Axar.az