ABŞ-da polisə məlumat verən “bomj” 100 min dollar mükafat aldı
Kaliforniyada Orinc dairəsinin rəhbərliyi San-Fransiskodan olan “bomj”a həbsxanadan qaçan iki cinayətkarın tutulmasına yardım etmiş lazımi informasiyaya görə 100 min dollar mükafat verəcək.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Metyu Hey-Çapmen televiziya xəbərlərində göstərilən ağ furqonu görüb və bu barədə polisə xəbər verib.
Santa-Ana şəhərinin Orinc dairəsinin kişilər üçün mərkəzi həbsxananın üç məhbusu yanvarın 22-də qaçıb. Bir həftə sonra onlardan biri polisə təslim olub, digər iki nəfərin yerini isə “bomj” deyib.
Daha 50 min dollar mükafatı məhbusların qaçırdığı furqonun sahibi və supermarketin iki əməkdaşı alacaq. Onlar qaçaqlar haqqında polisə məlumat veriblər.
Cinayətkarların bir həftə girov saxladıqları taksi sürücüsü isə heç bir mükafat almayacaq.
Mənbə:> Oxu.Az