Rusiyada azərbaycanlılar saxta kürü satmaqda ittiham olunur » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Rusiyada azərbaycanlılar saxta kürü satmaqda ittiham olunur

Rusiyada azərbaycanlılar saxta kürü satmaqda ittiham olunur


Moskvada sağlamlıq üçün təhlükəli olan nərə balığı kürüsünün qanunsuz satışı ilə məşğul olan azərbaycanlılarla bağlı cinayət işi başlanıb. İttiham edilən şəxslər 6 il müddətinə azadlıqdan məhrum oluna bilərlər.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, istintaqın versiyasına görə, 3 Azərbaycan vətəndaşı 2015-ci ilin martından dekabrına kimi təhlükəsizlik tələblərinə riayət etmədən qara kürü satışı ilə məşğul olub.

Cinayət əməlini törədənlər arasında rolların ciddi bölünməsi bütün mərhələlərdə: tədarükdən istehlakçıya satışa qədər saxlanılma da daxil olmaqla, prosesə nəzarət etməyə imkan verirdi.

Ötən ilin dekabrında Rusiya Baş İstintaq İdarəsi və operativ xidmət əməkdaşlarının birgə fəaliyyəti nəticəsində həmin şəxslər saxlanılıb və 10 kiloqram nərə balığı kürüsü satışdan götürülüb. Daha sonra aparılan ekspertiza nəticəsində məhsulun sağlamlıq üçün təhlükəli olduğu müəyyənləşib.

Hər 3 şübhəli şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin təhlükəsizlik tələblərinə cavab verməyən məhsulun satışı maddəsi ilə cinayət işi başlanıb. Bu maddə 6 il azadlıqdan məhrum edilmə cəzasını nəzərdə tutur.

Hüquq-mühafizə orqanları qanunsuz satışda iştirak edən digər şəxslərin də aşkarlanması istiqamətində iş aparır. Cinayət işinin istintaqı davam edir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *