Hindistan sakini 14 qohumunu doğradı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Dünya

Hindistan sakini 14 qohumunu doğradı

Hindistan sakini 14 qohumunu doğradı


Hindistanın Txana şəhərində 35 yaşlı Hansil Varekar 14 ailə üzvünü öldürüb, sonra isə intihar edib. Öldürülənləa arasında onun arvadı, valideynləri, üç bacısı və səkkiz uşağı var.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Varekar onların hamısını fevralın 28-ə keçən gecə, yatdıqları yerdə bıçaqla doğrayıb.

Polislərin sözlərinə görə, şənbə günü Varekar ailəsində şənlik olduğu üçün qohumların əksəriyyəti onlarda qalmalı olub.

İlkin məlumata əsasən, cinayətkar evdə bütün qapıları bağlayıb, sonra isə yatan insanları öldürməyə başlayıb. Daha sonra Hansil Varekar intihar edib.

Hansil Varekarın bacılarından biri sağ qalıb. Boğazından yaralanan qadın köməyə çağırmağa başlayıb və onun səsini qonşular eşidib. Evə pəncərədən girən qonşular sonradan polisləri çağırıblar.

Cinayətin motivləri hələlik məlum deyil.

Varekar ailəsi şəhərdə tanınmış ailələrdən biri olub. Hansil Varekar şəxsi şirkətdə mühasib işləyirdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *