Hande Yener pərəstişkarını həbs etdirdi
Türkiyəli müğənni Hande Yener pərəstişkarından polisə şikayət edib.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Gebzedə yaşayan 36 yaşlı Receb G.-nin tvitterdə “Handem, əbədi eşqim”, “Sevgilim, ən dəyərlim”, “Cahangirə gəlirəm, yoldayam. Evinə çatıram” paylaşımlarından sonra Yener polis bölməsinə müraciət edib.
Polislər Recebi ifaçının evinin qarşısında həbs ediblər.
Araşdırma zamanı sözügedən şəxsin adam yaralama və başqa qanun pozuntuları ilə bağlı axtarışda olduğu məlum olub.
Mənbə:> Oxu.Az