Danimarkada miqrantların qiymətli əşyalarını müsadirə edəcəklər » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Danimarkada miqrantların qiymətli əşyalarını müsadirə edəcəklər

Danimarkada miqrantların qiymətli əşyalarını müsadirə edəcəklər


Danimarka parlamenti yanvarın 26-da Yaxın Şərq və Şimali Afrikadan olan qaçqınların qiymətli əşyalarını, o cümlədən əmlak və pulunun, müsadirə edilməsinə icazə verən qanunu qəbul edib, Oxu.Az Reuters-ə istinadən xəbər verir. Bununla ölkə höküməti miqrantların yaşayış xərclərini qarşılamaq niyyətindədir.

Qanun yerli və xarici KİV-lərin tənqidinə baxmayaraq, səs çoxluğu ilə qəbul olunub.

Sənədə əsasən, miqrantlar dəyəri 10 min danimarka kronundan (1340 avro) bahalı olan qiymətli əşyaları təhvil verməlidirlər. Xatirə əşyaları müsadirə edilməyəcək (toy üzükləri, ailə şəkilləri və mükafatlar). Lakin qol saatları, mobil telefonlar və şəxsi kompüterlər miqrant mərkəzlərində yaşayış üçün ödəniş kimi qəbul oluna bilər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *