Yasamalda qanlı dava: Yaralanan var » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Yasamalda qanlı dava: Yaralanan var

Yasamalda qanlı dava: Yaralanan var


Bakının Yasamal rayonunda kütləvi dava olub.

AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Şərifzadə küçəsində baş verib.

Dostları ilə toydan çıxan 33 yaşlı Elgiz Şakir oğlu Mehdiyevin naməlum şəxslərlə mübahisəsi düşüb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Dava zamanı həmin şəxslərdən biri üzərində gəzdirdiyi bıçaqla Elgiz Mehdiyevin kürək nahiyəsindən zərbə endirib. Yaralı dostları tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Hadisə barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat verilib. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *