Maştağada böyük qardaşını yaralayan şəxs 10 il 6 ay cəza aldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Foto

Maştağada böyük qardaşını yaralayan şəxs 10 il 6 ay cəza aldı – FOTO

Maştağada böyük qardaşını yaralayan şəxs 10 il 6 ay cəza aldı


Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayon sakini İmran Sultanovun (1979-сu il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, bu il mayın 25-də Maştağa qəsəbəsinin Ləhic bağları ərazisində yaşayan İmran Sultanov ov tüfəngindən atəş açaraq qardaşı Tərlanı (1977-ci il təv.) yaralayıb, nəticədə sonuncu 3 saylı kliniki xəstəxanaya çatdırılıb və həkimlərin müdaxiləsi nəticəsində onun həyatı xilas olunub. Şübhəli şəxs Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.

Məhkəmə prosesində İmran Sultanov ittiham üzrə özünü təqsirli hesab edərək, əvvəllər məhkum olunmasını və azadlığa çıxdıqdan sonra fəhlə işlədiyini bildirib. Valideynləri ilə yaşayıb, qardaşı Tərlan isə evli olub və onlardan bir az aralı, öz evində qalıb. Hadisə günü birlikdə yeyib-içərkən Tərlan onu söyərək, təhqir edib və yumruqla vurub.

Bundan hiddətlənən İmran həyətdə saxladığı ov tüfəngindən bir atəş açaraq Tərlanı yaralayıb. Hadisə yerindən qaçdığını deyən Tərlan, sonradan sahə müvəkkili ilə könüllü görüşüb, bölməyə getdiyini deyib.

O, əməlindən peşman olduğunu qeyd edib:

“Nə desə də, qəbul etməli idim, çünki məndən böyükdür”.

Zərərçəkmiş şəxs kimi tanınan 1977-ci il təvəllüdlü Tərlan Sultanov ifadəsində, İmranın ondan fərqli olaraq, hər gün spirtli içki içdiyini göstərib. Buna görə onu danlayıb və iki şillə vurub ki, özünü yığışdırsın. Bu hərəkətindən əsəbiləşən İmran tüfənglə üstünə gəlib, onu vurub:

“Atam həyətə çıxıb görüb ki, yerdəyəm, qayınatama zəng eləyib və məni maşınla xəstəxanaya aparıblar. Şükürlər olsun ki, ölmədim. Əminəm ki, məni öldürmək məqsədi olmayıb. Heç bir şikayətim və tələbim yoxdur”.

Şahid qismində ifadə verən Məmmədəli Sultanov ifadəsində, təqsirləndirilən və zərərçəkmiş şəxslərin atası olduğunu deyib:

“Görünür, bir-birlərini başa düşməyiblər və buna görə bu hadisə olub. Neyləmək olar”.

Məhkəmənin hökmü ilə İ.Sultanov 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Maştağada böyük qardaşını yaralayan şəxs 10 il 6 ay cəza aldı
Maştağada böyük qardaşını yaralayan şəxs 10 il 6 ay cəza aldı
Maştağada böyük qardaşını yaralayan şəxs 10 il 6 ay cəza aldı
Maştağada böyük qardaşını yaralayan şəxs 10 il 6 ay cəza aldı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *