Azərbaycanlı Litvada terror aktları törətməklə hədələdi
Noyabrın 16-da 21 yaşlı qız polisə müraciət edərək Azərbaycan vətəndaşının onu hədələdiyini bildirib, Oxu.Az “Delfi”yə istinadən xəbər verir.
Onun sözlərinə görə, ticarət mərkəzində 25 yaşlı azərbaycanlı Fransada baş verənlərin tezliklə Litvada da təkrarlanacağını bildirib və bıçağı çıxararaq onu öldürməklə hədələyib.
Azərbaycan vətəndaşı saxlanılıb. Onun barəsində “öldürmək” hədəsi ilə əlaqədar məhkəməyə qədər araşdırma başlayıb.
Mənbə:> Oxu.Az