“General Məmmədovun sifarişi ilə 10 aydır həbsdəyəm...” » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

“General Məmmədovun sifarişi ilə 10 aydır həbsdəyəm...”

“General Məmmədovun sifarişi ilə 10 aydır həbsdəyəm...”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının məhkəmədə iştirak edən müxbirinin verdiyi məlumata görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib.

Hazırlıq iclasında zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirildi.

Zərərçəkmiş Sənubər Miriyeva (ad şərtidir-red.) məhkəmədən təhlükəsizliyinin təmin olunmasını xahiş etdi: “Xahiş edirəm, Faiq Azayev də həbs olunsun. Çünki çox qorxuram. Məni küçə söyüşləri ilə söyür, təhqir edir. Məhkəmədən təhlükəsizliyimin təmin olunmasını istəyirəm”.

Zərərçəkmişin bu xahişi tərəflər arasında qalmaqala səbəb oldu. Təqsirləndirilən Fərid Azayev yerindən replika verdi: “Bu işdə zərərçəkən mənəm. General Cavanşir Məmmədov (DİN-in İctimai Təhlükəsizlik İdarəsinin rəisi, general-mayor Cavanşir Məmmədovu nəzərdə tutur-red.) 10 aydır ki, məni burada yatızdırır. Cavanşir Məmmədovun və onun oğlunun sifarişi ilə həbs olunmuşam. Gürcüstan mafiyasının 6 üzvü yığışıb bu işi qurub. Bu qız hamısını yalan danışır. Vəsatət qaldıracam, general Cavanşir Məmmədov da məhkəməyə gəlsin. Mən polis əməkdaşı olmuşam. Mənə şər atdığına görə Sevinc Məmmədovanın məsuliyyətə cəlb olunmasını xahiş edirəm”.

Hakim Ramella Allahverdiyeva tərəfləri sakitləşdirib işin hərtərəfli araşdırılacağını bildirdi.

“General Məmmədovun sifarişi ilə 10 aydır həbsdəyəm...”


Qeyd edək ki, Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

Səbayel Rayon Məhkəməsinin 16 yanvar, 2015-ci il tarixli qərarı ilə Fərid Azayev barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Faiq Azayev barəsində isə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 2014-cü il, dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan S.M. və Ş.B.-ni oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.

“General Məmmədovun sifarişi ilə 10 aydır həbsdəyəm...”


Xatırladaq ki, Azayev qardaşlarının adı 3 il öncə müğənni Rəqsanə İsmayılova ilə məhkəmə çəkişmələri ilə də gündəmə gəlmişdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *