Goranboyda "Milli Ön" ödəmə terminalını oğurlayanlar tutuldu
Goranboy rayonunda mağazadan "Milli Ön" ödəmə terminalını oğurlayan üç şəxs tutulub.
Virtualaz.org Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, onlar Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Belə ki, oktyabrın 24-də İftixar Yusifova məxsus mağazadan içərisində 3 036 manat olan "Milli Ön" ödəmə terminalını oğurlayan rayon sakinləri, əvvəllər məhkum olunan Elşən Qurbanov, Vaqif Hüseynov və İlkin Şıxıyev tutulublar.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Virtualaz.org