Azərbaycanlı Rusiyada saxta pullarla hesablaşırdı
Sıktıkvarda yaşayan saxta beş minlik əskinas müqabilində smartfon alan azərbaycanlıya dair cinayət işi məhkəməyə göndərilib, bu barədə Komi Nyus portalı məlumat yayıb.
Oxu.Az xəbər verir ki, Komi Respublikasının prokurorunun birinci müavini Sıktıkvar sakini və Azərbaycan vətəndaşına dair cinayət işi üzrə ittiham çıxarışını təsdiqləyib.
İlkin istintaq orqanı tərəfindən onlar saxta pulların satılmasında ittiham edilirlər.
İstintaq tərəfindən müəyyən edilib ki, 2014-cü ilin noyabr ayında iki tanış kimliyi müəyyən edilməyən şəxsdən 5 000 rubl saxta əskinas əldə ediblər. Saxta bankomatların yardımı ilə onlar mobil əlaqə salonunda mobil telefon əldə ediblər.
Saxta pul ilə onlar ərzaq mağazasının birində də ödəmə ediblər. Bir müddət sonra gənclər polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlar günahlarını etiraf etməyiblər. Belə ki, pulların saxta olduğunu bilmədiklərini izah ediblər.
Cinayət işi Sıktıkvar şəhər məhkəməsinə göndərilib. Onlara səkkiz ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Mənbə:> Oxu.Az