Kanadada kişi çəkiclə on nəfəri döydü
Kanadanın kiçik Lillolet şəhərində bir kişinin çəkiclə hücumundan 10 nəfər xəsarət alıb, cinayətkarın özü isə polis gələnədək ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Həkimlərin məlumatına əsasən iki nəfər kritik vəziyyətdədir, iki nəfər ağır xəsarət alıb, xəsarət alanların qalan altı nəfərinin həyatı üçün heç bir təhlükə yoxdur.
Britaniya Kolumbiyası vilayətində hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə gələnə qədər kişi naməlum səbəblərdən artıq huşunu itirmiş vəziyyətdə olub.
Onun ölü olduğunu reanimasiya prosedurlarından sonra elan ediblər.
Baş verənlərin səbəbi aydınlaşdırılır, hücum 440 nəfərin aid olduğu Xwísten hindu xalqına məxsus yerli hökumət binasında baş verib.
Mənbə:> Oxu.Az