Avtobus aşdı: 18 ölü
Əfqanıstanın qərbindəki Gor şəhərində çox sayda sərnişinin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, avtobusun yoldan çıxaraq uçuruma yuvarlanması nəticəsində 18 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisəni təsdiqləyən Gor şəhəri Bala Morqab rayonunun inzibati rəhbəri Əhməd Ziya Akzay avtobusun Heratdan yola düşdüyünü, Band Mandaqan bölgəsində uçuruma yuvaralndığını bildirib.
Əhmədzay qəza nəticəsində xəsarət alanların vəziyyətinin ağır olduğunu deyib.
Yerli hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.
Mənbə:> ANSPRESS