Lerikdə gənc qız özünü güllələdi
Lerik rayonunda gənc qız intihar edib.
AzNews.info xəbər verir ki, bu barədə “Report”a Lerik Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, 20 yaşlı Çinarə Novruzova yaşadığı evdə ov tüfəngi ilə atəş açaraq boğaz nahiyəsindən özünə ağır xəsarət yetirib.
O, xəstəxanaya aparılarkən yolda keçinib.
Hadisə yerindən “İJ-17” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Mənbə:> Report.az