Tbilisidə ermənilər narkotiklərlə saxlanıldı
Tbilisidə Ermənistan vətəndaşları 1967-ci il təvəllüdlü Qarnik K. və 1966-cı il təvəllüdlü Qaik Q. narkotik vasitələrin qanunsuz saxlanılması və əldə olunması ittihamı ilə saxlanılıblar.
Oxu.Az “Qruziya-onlayn” saytına istinadla xəbər verir ki, şəxsi axtarış zamanı birinin üzərində 0,007788 qram “Buprenorfin”, digərinin üzərində isə 0,05 qram “Metadon” aşkarlanıb.
Gürcüstan DİN-nin məlumatına əsasən, narkoloji ekspertiza hər iki saxlanılan şəxsin “Metadon” istifadə etdiyini müəyyən edib.
Narkotik vasitələrin qanunsuz saxlanılması və əldə olunması faktı üzrə istintaq aparılır.
Mənbə:> Oxu.Az