Moskvada bankdan 10 milyon oğurladılar
Silahlı qarətçi Moskvada Sberbankın Volqoqrad prospektindəki şöbəsindən 10 milyon rubl oğurlayıb. Oxu.Az TASS-a istinadən xəbər verir.
Bundan başqa, cinayətkar travmatik tapançadan atəş açaraq bank əməkdaşını yaralayıb.
“Bank administrasiyasının bəyanatına əsasən qarətçinin qəniməti 10 milyon rubldan ibarət olub. Cinayətkarı saxlamaq mümkün olmayıb, əməliyyatçılar müşahidə kameralarının yazılarını tədqiq edirlər”, - Moskvanın hüquq-mühafizə orqanlarında bildiriblər.
Mənbə:> Oxu.Az