Nabranda insident: Oğlanla qızı oğurladılar » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Nabranda insident: Oğlanla qızı oğurladılar

Nabranda insident: Oğlanla qızı oğurladılar


Bu gecə Nabrandakı istirahət mərkəzlərinin birində qeyri-adi insident olub.

AzNews.info xəbər verir ki, Virtualaz.org saytının şimal zonası üzrə xüsusi müxbirinin verdiyi məlumata görə, mülki geyimdə olan 20 nəfərə yaxın şəxs gecə saat 1-də “Bulaq” istirahət zonasına gedərək oradakı kotteclərin birində istirahət edən gənc oğlanla qızı naməlum istiqamətə aparıb.

Xəbərdə deyilir ki, naməlum adamlar cütlüyün dincəldiyi 12 saylı kottecə soxulub. Onlar gənc oğlanı otaqdan sürüyə-sürüyə çıxarıb və zor tətbiq etməklə maşına oturdublar. Gənc qızla isə həddən artıq nəzakətlə davranıblar, hətta tanınmasın deyə qızın üzünü gizlətməyə çalışıblar.

Naməlum şəxslər gənc oğlan və qızla yanaşı “Bulaq” istirahət zonasının Elşad adlı inzibatçısını da özləri ilə aparıblar.

İstirahət zonasının əməkdaşları deyiblər ki, onlar ilk dəfədir belə halla üzləşirlər və həmin adamların kim olduğunu bilmirlər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *