Cenevrədə uçan maşın təqdim olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Avto, Video

Cenevrədə uçan maşın təqdim olundu – VİDEO

Cenevrədə uçan maşın təqdim olundu


Niderlandın “PAL-V” şirkəti Cenevrədə keçirilən beynəlxalq avtosərgidə “Liberty” uçan maşın modelinin yeni seriyasını ictimaiyyətə təqdim edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Life.ru” məlumat yayıb.

İstehsalçı avtosalonda demonstrativ uçuş təşkil etməsə də, sərginin başa çatmasından sonra onun istismarına icazə verilməsi üçün müvafiq lisenziyaların alınması ilə məşğul olacaqlarını bildirib.

Aeromobilin yaxın zamanda Avropa və ABŞ-da kommersiya məqsədilə satışa çıxarılacağı gözlənilir.

Uçan maşın 3500 metrə qədər yüksəkliyə qalxa bilir. Uçuş-eniş üçün mütləq 200 x 200 metr açıq sahənin olması tələb olunur. Havada aeromobil saatda 180 km-ə yaxın sürət yığa bilir, yerdə isə maksimum sürət 160 km/saata yaxındır.

Yanacaq çəni tam dolu olan “Liberty” bir uçuşa 500 km-ə qədər məsafəni qət edə bilir.

Aeromobilin 499 min avroya satışa çıxarılacağı bildirilir.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *