Dubay polisi uçan motosikletlərə keçir
Rusiyanın "HoverSurf" şirkəti Dubay polisi ilə birgə uçan elektrik motosikletini sınaqdan keçirib.
Trend-in məlumatına görə, elektromotosiklet cinayətkarların təqibi və patrul xidməti üçün nəzərdə tutulub.
Uçuş aparatı bir və ya iki nəfərə hesablanıb, ümumilikdə 300 kq-dək yükü qaldırır.
Elektromotosikletlər yerdən 5 metr hündürlüyə qalxa və 70 km/s sürətlə 6 km-dək uça bilir.
Mənbə:> Trend