Bentley Bentayaga: Dünyada ən güclü, ən təmtəraqlı və ən qeyri-adi suv avtomobili – FOTO
Bentley Motors SUV avtomobil seqmenti barədə bizim anlayışımızı alt-üst edəcək flaqman modelini təqdim etdi. Söhbət mükəmməl Bentayga avtomobilindən gedir.
Kryuda layihələndirilib əl ilə yığılan Bentayga sırf Bentley üslübünda işlənilib.
Dəyişməz olan zərif siluet güclü və əzəmətli görünüşlə mükəmməl vəhdət yaradır. Bentley ailəsinə mənsubiyyəti avtomobilin xarici görünüşündə dərhal əks olunur: dörd ədəd yumru LED tipli faralardan və enli radiator barmaqlığından tutmuş ənənəvi kuzov cizgilərinə kimi hər bir detal bunu sübut edir.
Arxa fənərlərin tən ortasında isə gecə vaxtı işıqlanan və avtomobili hətta qaranlıqda belə tanıdan brendin “B” formalı loqosu yerləşdirilib.
Bentley Bentayga təkrarolunmaz tərtibatı ilə seçilən dünyanın ən yaxşı salonu ilə öyünə bilər. Ən xırda detallararası məsafələr də daxil olmaqla metal, ağac və dəri tərtibat elementlərinin hamısı yüksək dəqiqliklə işlənmişdir. Bu, klassik britaniya dəbdəbəsinin müasir interpretasiyasının unikal nümunəsidir.
Satışların ilk günündən iki tərtibat paketi daxil olmaqla alıcılara ümumilikdə altı təchizat səviyyəsi təklif olunacaq.
Bu opsiyalara əlavə olaraq, Bentayga üçün Bentley şirkətinin tarixində ən geniş aksessuarlar çeşidi nəzərdə tutulub.
Bentley-nin digər modelləri ilə olduğu kimi, sizin Bentayga avtomobilinizlə bağlı istənilən arzunuzu reallaşdırmaq üçün Mulliner atelyesinin xüsusi ustalar komandası məşğul ola bilər.
Yeni modeldən danışarkən, salonda yer almış Breitling saat şirkətinin Mulliner Tourbillon nəfis mexaniki saatını qeyd etməmək mümkün deyil.
Ən mükəmməl saat mexanizmi ilə təchiz olunmuş Mulliner Tourbillon saatı ehtiyac yarandıqda avtomobildə olan yüksək dəqiqliyə malik xüsusi qurğu tərəfindən avtomatik olaraq qurulur.
Bu, həqiqətən bir şah əsərdir: saat təmiz qızıl örtüyə (müştərinin seçimindən asılı olaraq çəhrayı və ya ağ) malikdir, siferblatın örtüyü isə əl ilə sədəf və ya qara ebonit ağacından hazırlana və səkkiz brilyantla inkrustasiya oluna bilər.
Bu avtomobilin daha bir maraqlı məqamı isə kapotunun altında gizlədilib. Tam yeni, iki turboüfürücüyə malik 6-litrlik W12 mühərrik səkkiz pilləli avtomatik sürət qutusu ilə birgə çalışır.
Qüvvətli 12-silindrli mühərrikdə yüksək səmərəlilik və rəvan işləmə misilsiz güc və fırlanma anı ilə birləşib. 608 at gücü və 900 N•m fırlanma anı sayəsində Bentayga saatda 100 km sürəti cəmi 4,1 saniyəyə ram edə bilir.
Maksimal sürət isə 301 km/s təşkil edir. Bu göstəricilərlə Bentayga dünyanın ən güclü və sürətli SUV avtomobili hesab olunur.
Bentayga avtomobilinin rəsmi premyerası 15–27 sentyabr tarixlərində keçiriləcək Frankfurt avtosalonunda baş tutacaq. Satışa isə model 2016-cı ilin əvvəlində çıxarılacaq.
Mənbə:> Oxu.Az