Arvadını çay içməyə görə öldürdü » AzNews.info -Xəbər portalı

Bölmə: ---

Arvadını çay içməyə görə öldürdü - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Arvadını çay içməyə görə öldürdü

Səhər açılmamış həyat yoldaşından ona çay verməsini tələb edib.

Dünən Bərdə rayonunda törədilmiş qətlin səbəbi məlum olub.

AzNewsinfo-nun Lent.Az-a istinadən məlumatına görə, rayonun Tumaslı kəndində yaşayan35 yaşlı Zülfüqar Rəhimov həyat yoldaşı, 30 yaşlı Gülnaz Rəhimovanı onaçay vermədiyi üçün öldürüb. Belə ki, dünən səhər saat 6 radələrində yuxudan oyanan Z.Rəhimov həyat yoldaşı Gülnaz Rəhimovanı oyatmağa çalışıb və ona tez çay verməsini tələb edib.

Qadın isə səhərin hələ açılmadığını deyib və həyat yoldaşından bir az gözləməyi xahiş edib. Bu səbəbdən də Z.Rəhimov özündən çıxıb və tez bıçağı götürərək, yataqda yarıyuxulu vəziyyətdə olan həyat yoldaşına zərbələr endirib. Boynundan və döş qəfəsindən ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, keçinib.

Məlumata görə, Z.Rəhimov işsizdir və hadisəni spirtli içkinin təsiri altında törətməyib. O, psixi xəstə kimi bir müddətdir, müalicə olunurmuş.

Ailənin 3 övladı qalıb.

Qeyd edək ki, qətl hadisəsi törədilərkən Z.Rəhimovun valideynləri evdə olub və onlar yaralı vəziyyətdə olan gəlinlərini xəstəxanaya çatdırıblar. Daha sonra isə valideynləri hadisədən sonra evdən qaçan övladlarını taparaqpolisə təslim veriblər.

Qeyd edək ki, oxşar hadisə 2 gün əvvəl Füzuli rayonunda da baş verib. Araq almaq üçün həyat yoldaşından pul istəyən Bala Bəhmənli kənd sakini, Gəncəvi Sadıqov daha sonra onu öldürüb.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *