Velosipedçilərimiz yarışa çıxır » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Velosipedçilərimiz yarışa çıxır

Velosipedçilərimiz yarışa çıxır


Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada daha bir turnirdə mübarizə aparacaq.

ANS PRESS-in Azərbaycan Velosiped İdmanı Federasiyasından aldığı məlumata görə, velosipedçilərimiz bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük "İzola" Qran-Prisində çıxış edəcəklər.

Komandamız yürüşdə 8 nəfərlə təmsil olunacaq ki, bunlardan da 3-ü "Synergy Baku"nun heyətində debüt edəcək. Söhbət Elgün Əlizadə, Yannis Tamuridis və Dennis van Vindendən gedir. Bu yarış Azərbaycanın gənclər yığmasının üzvü Elgün Əlizadə üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki gənc velosipedçimiz klub səviyyəsində özünün ilk yarışında iştirak edəcək.

Digər 5 velosipedçiyə gəlincə, bunlar Maksim Averin, Ənvər Asanov, Markus Eybeger, İsmayıl İlyasov və Samir Cəbrayılovdur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *