“Neftçi” futbolçusu azarkeşə yumruq atdı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Video

“Neftçi” futbolçusu azarkeşə yumruq atdı – VİDEO

“Neftçi” futbolçusu azarkeşə yumruq atdı


Azərbaycan Premyer Liqasının 9-cu turunda keçirilәn “Neftçi” – “Qarabağ” oyununda qalmaqallı anlar yaşanıb.

AzNews.info “Qafqazinfo”ya istinadən xәbәr verir ki, meydan sahiblәrinin 3 nömrәli futbolçusu Jairo Rodrigez öz qapısına qol vurduqdan sonra azarkeşlәrdәn biri meydana düşüb, onun üzәrinә gedib.

Lakin Jaironun komanda yoldaşı Katalin Tira azarkeşi yumruqla vuraraq meydandan uzaqlaşdırmaq istәyib. Mәsәlәyә polis müdaxilә edәrәk fanatı meydandan çıxarıb və polis bölməsinə aparıb.

Lakin matçın baş hakimi Ramil Diniyev ara sakitlәşәndәn sonra Katalin Tiraya qırmızı vәrәqә göstәrib.

“Neftçi”nin azarkeşlәri bütün ikinci hissә boyu Müşahidә Şurasını vә Çingiz Abdullayevi istefaya çağırıb.

Qeyd edәk ki, matç 2:0 hesabı ilә “Qarabağ”ın xeyrinә başa çatıb.


Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *