Nemtsov sərvətini zənənlərin ətəyinə töküb » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Kriminal

Nemtsov sərvətini zənənlərin ətəyinə töküb – FOTO

Nemtsov sərvətini zənənlərin ətəyinə töküb


Fevralın 27-də güllələnərək qətlə yetirilən Rusiya müxalifət liderlərindən biri olan Boris Nemtsov sərvətini qadınlara xərcləyib.

ANS PRESS-in məlumatına görə, müxalifət liderinin qətlindən sonra faciənin necə, nə üçün törədilməsi ilə yanaşı onun ailəsi, sevgililəri də gündəmə gəldi. Əsas müzakirə edilənlərdən biri də onun övladlarına qoyduğu miras idi.

Bəziləri Nemtsovun elə də varlı olmadığını, bəziləri isə milyardlarının olduğunu iddia edirdi. Onun ən yaxın tərəfdaşlarından olan İrina Xakamada Nemtsov haqqında bildiklərini yazıb.

"O biznesi sevmirdi. Onun heç bir şirkəti yox idi. Sponsor pulları hesabına yaşayırdı. O, Yeltsinin ətrafındakı ən sadə insan idi. Hələ baş nazirin müavini olanda ona verilən balaca bir mənzildə yaşayırdı".

Balaca ev dedikləri mənzil isə Moskvanın mərkəzindəki binaların birindəki 180 kvadrat metrlik elit evdir. Onun qiyməti 100 milyon rubl dəyərində qiymətləndirilir.

Güllələn müxalifət liderinin həyatında bir neçə qadın olub. Ümumilikdə isə onun 3 qadından 4 övladı var. Bu qadınlardan ancaq biri ilə rəsmi şəkildə evli olub. Ondan sonrakı qadınlarla vətəndaş nikahı ilə kifayətlənib. Bu münasibətdən olan övladlarından biri oğlan, 3-ü qızdır. Ən böyük qızı 31 yaşında, ən kiçiyi isə 11 yaşındadır.

"Boris qadınları çox sevirdi və çox əliaçıq idi. Mən onun yanında idim və katibinin qapıda dayanaraq sarışınları içəri buraxmamaq üçün nə qədər çalışdığını görürdüm", deyə yazıçı Mariya Arbatova deyib. Onun sözlərinə Nemtsovun Anna Durutskaya kimi qızları çox idi.

Onun yaxın dostu olan Boris Nadejdin Nemtsovun bir xüsusiyyətinin olduğunu deyir. "O heç vaxt qadınlardan ayrılmırdı. Mən ancaq onun övladlarının analarından danışmıram. O hansısa yolla 20 il ərzində bir neçə qadınla münasibətini saxlayırdı. O, deyirdi ki, hər şey paraleldir və bütün qadınlar bir-birindən xəbərdardır. "Mən heç nəyi gizlətmirəm və onlar geri qayıdırlar, hamı da razıdır"".

Nemtsovun ciddi və uzunmüddətli münasibətlərindən biri osetin qızla olub. Vəkil Serqey Savenko onun adını çəkməkdən imtina edib. "O, qıza Moskvada ev hədiyyə etmişdi. Onun çox sevirdi. Etiraf edirdi ki, məhz ona görə birinci rəsmi nikahlı həyat yoldaşından ayrılıb. Düzdür Raisa Nemtsova ilə o ayrı yaşayırdı. Amma rəsmi şəkildə boşanmamışdı. Osetin gözəl Nemtsova şərt qoydu- əvəll boşan, sonra yaxınlıq. Amma işlər evlənməyə kimi gedib çatmadı və Nemtsov yeni gözəl tapdı".

Digər vəkil Aleksand Dobrovinski də Nemtsovun varislərinin və sərvəti barədə açıqlama verib. Onun sözlərinə görə, müxalifət lideri başına iş gələcəyi təqdirdə sərvətinin övladları arasında bərabər paylaşdırılmasını istəyirdi. "Varis kimi Borisin anası və 4 uşağını göstərmək olar. Sərvəti açıqlaya bilmərəm bu sirrdir. Amma 2013-cü ildə bəyannamədə o ildə 18 milyon rubl qazandığını göstərmişdi".

Nemtsov sərvətini zənənlərin ətəyinə töküb

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *