Şəkidə bir gündə üçüncü faciəvi hadisə » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Şəkidə bir gündə üçüncü faciəvi hadisə

Şəkidə bir gündə üçüncü faciəvi hadisə



Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, rayonun Cuma kənd sakini, 1949-cu il təvəllüdlü İsa Zəkəriyyə oğlu Abbasovun meyiti Cuma kənd inzibati ərazisinin dağlıq hissəsində dərədə kənd sakinləri tərəfindən aşkar edilib.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, 66 yaşlı İsa Abbasov ehtiyatsızlıqdan dərəyə yıxılıb. O, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.

Bu gün Şəkidə daha bir bədbəxt hadisə baş verib. Belə ki, rayonda 45 yaşlı qadın çörək bişirən zaman təndirə yıxılaraq yanıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, rayonun Kiçik Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Rübabə İkram qızı Həsənova yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 45 yaşlı Rübabə Həsənova yaşadığı evdə çörək bişirəndə təndirə yıxılıb. Ailə üzvləri tərəfindən təndirdən çıxarılan Rübabə Həsənova xəstəxanaya yerləşdirilib.

Rübabə Həsənovaya sağ yuxarı ətrafın, sol saidin və sağ pəncənin 2-ci dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-stabil qiymətləndirilir.

Yada salaq ki, bu gün Şəkidə intihar hadisəsi də baş verib. Şəki şəhəri, Lev Tolstoy küçəsi, ev 3/1 ünvanında yaşayan 1940-cı il təvəllüdlü Fikrət Nux oğlu Qəhrəmanovun meyiti yaşadığı ünvanda asılmış halda yaxınları tərəfindən aşkar edilib. 75 yaşlı Fikrət Qəhrəmanov xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *