Əfqanıstanda faicə: 70-dən çox ölü » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Dünya

Əfqanıstanda faicə: 70-dən çox ölü

Əfqanıstanda faicə: 70-dən çox ölü


Əfqanıstanda qar uçqunu onlarla insanın ölümünə səbəb olub.

ANS PRESS-in məlumatına görə, hadisə ölkənin şimal-şərqində yerləşən Pənçşir vilayətində baş verib.

Pənçşir valisi Əbdul Rəhman Kabirinin bildirdiyinə görə, uçqun nəticəsində 74 nəfər həyatını itirib.

Valinin sözlərinə görə, 60-dan çox ev qar uçqunu altında qalıb. Uçqun altında qalan insanların sayı haqqında isə hələlik heç bir açıqlama verilmir.

Artıq Pənçşir vilayətinə gələn bütün yollar bağlandığına görə xilasedicilər hadisə yerinə gedə bilmirlər. Bölgədə yerli sakinlər qar altında qalan insanları xilas etməyə çalışırlar.

Uçqun nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *