Aytacın yaxınları toplaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Foto

Aytacın yaxınları toplaşdı – FOTO

Aytacın yaxınları toplaşdı


Bu saatlarda Bakının Nizami rayon prokurorluğunun qarşısında 8 bıçaq zərbəsilə öldürülən 11-ci sinif şagirdi Aytac Babayevanın yaxınları toplaşıblar.

ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, prokurorluq qarşısına toplaşan Aytac Babayevanın qohumları, sinif yoldaşları və onu tanıyan hər kəs Aytaca 8 bıçaq zərbəsi vuran İzzət Hüseynova ömürlük həbs cəzası verilməsini tələb edirlər.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Nizami rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytac Nazim qızı vəhşicəsinə qətlə yetirilib.

Nizami rayon Məhkəməsinin qərarı ilə cinayəti törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu 3 ay istintaq dövrü müddətində həbs edilib.

O, ifadəsi zamanı A.Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib:

“Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Qala bilmirdim onsuz. İstəyirdim özümü onun yanında öldürüm ki, inansın mənə. Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, yanıma gəldi, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa sonra özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa. Kaş onun yerinə mən ölərdim”.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən İ.Hüseynov barəsində cinayət işi başlanılıb. İstintaq zamanı qətl hadisəsinin təfərrüatlarına aydınlıq gətiriləcək.

Aytacın yaxınları toplaşdı
Aytacın yaxınları toplaşdı
Aytacın yaxınları toplaşdı
Aytacın yaxınları toplaşdı
Aytacın yaxınları toplaşdı
Aytacın yaxınları toplaşdı

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *