İçi turist dolu avtobus qəzaya düşdü: yaralılar var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Avto

İçi turist dolu avtobus qəzaya düşdü: yaralılar var

İçi turist dolu avtobus qəzaya düşdü: yaralılar var


Rusiyada turistləri daşıyan avtobuslardan biri qəzaya düşüb.

ANS PRESS-in məlumatına görə, yol-nəqliyyat hadisəsi Rusiyanın Soçi şəhərində baş verib. Bu barədə “Yuqopolis” agentliyi xəbər yayıb.

Xəbərdə bildirilir ki, içərisində 32 nəfər olan turist avtobusu Soçinin Lazarev rayonunda yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində avtobusdakı turistlərdən 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

RF Daxili İşlər Nazirliyinin Krasnodar vilayəti üzrə mərbuat xidmətinin yaydığı məlumatda qəzanın avtobusun 29 yaşlı sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri araşdırmalardan sonra müəyyən olacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *