“Google” çökdü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Google” çökdü – FOTO

“Google” çökdü


Virtual aləmin ən böyük axtarış sistemində sutka ərzində problemlər yaranıb.

ANS PRESS-in məlumaıtna görə, “Google” axtarış sistemi və “GMail” elektron poçt xidməti istifadəçiləri ötən gündən etibarən müəyyən vaxtlarda problemlərlə üzləşib. Öz hesablarına girə bilməyən minlərlə internet istifadəçisi şikayətini “Tvitter”da dilə gətirib.

Problemin daha çox İngiltərə, İslandiya, Fransa və Hindistanda olduğu bildirilsə də, Azərbaycanda da “Google” şirkəti tabeliyindəki pulsuz sayt xidməti verən “Blogspot”da bəzi nazaslıq hiss edilib.

Qeyd edək ki, "Google" ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda "Google" dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.

"Google" axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar "YouTube" videohostinqinin sahibidir, "Gmail" poçt servisi və "Google+" sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün Android əməliyyat sisteminin tərtibatçısıdı.

“Google” çökdü

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *