Neft şirkətinin əməkdaşını döyüb, işdən qovdular » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Neft şirkətinin əməkdaşını döyüb, işdən qovdular – VİDEO

Neft şirkətinin əməkdaşını döyüb, işdən qovdular


Bu gün Azərbaycan bütün sahələrdə dünyada inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Ölkəmizin hər yerində yaradılan yeni iş yerləri insanların daha rahat, firavan yaşamasına, məşğulluğunun artırılasına hesablanır. Söz yox ki, iş olan yerdə problemlər də ola bilər. Ancaq yetər ki, bu problemləri aradan qaldırmaq üçün iradə və istək olsun. Təəssüf ki, bəzən yerlərdə hikkəli və təkəbbürlü məmurların özlərinə vurğunluq bu problemlərin aradan qaldırılmasına imkan vermir. Nəticədə, problemlər müəssisə və təşkilat sərhədlərini aşaraq respublika əhəmiyyətli müzakirələrə çevrilir. Elə "Azneft" İstehsalat Birliyinin dalğıc xidmətinin elektrik-montyoru Abışov İlqar Mürvət oğlunun işlədiyi müəssisədə başına gətirilənlər də müəssisə sərhədlərini aşaraq, ictimai müzakirəyə çevrilən problemlərdəndir. Müəssisə rəhbərliyi tərəfindən döyülüb-söyülüb və təhqir edildikdən sonra İlqar Abışov işdən çıxarılması ilə bağlı şikayət ərizəsi ilə "Səs TV"yə müraciət edib.


Mənbə: SİA.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *