DYP avtomobili “Mercedes”lə toqquşub: Ölənlər var – FOTO + YENİLƏNİB » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Foto

DYP avtomobili “Mercedes”lə toqquşub: Ölənlər var – FOTO + YENİLƏNİB – FOTO

DYP avtomobili “Mercedes”lə toqquşub: Ölənlər var – FOTO + YENİLƏNİB

Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alanların adı məlum olub.

AzNews.info Report-a istinadən xəbər verir ki, Yol Patrul Xidməti (YPX) avtomobili ilə “Mercedes”in toqquşması nəticəsində xəsarət alanların sayı 5 nəfərə çatıb.

Yaralılar:

Bakı şəhər sakinləri - 1950-ci il təvəllüdlü Allahverdi Ağalı oğlu Əhmədov;

1986-cı il təvəllüdlü Ülvi Səməd oğlu Sadıqov;

1982-ci il təvəllüdlü Elçin Kazım oğlu Dadaşov;

Salyan rayon sakinləri - 1988-ci il təvəllüdlü Elnur Zakir oğlu Əliyev;

1988-ci il təvəllüdlü Natiq Nifti oğlu Məmmədyarovdur.

Qeyd edək ki, E.Əliyev və N.Məmmədyarov YPX əməkdaşlarıdır.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, xəsarət alanlardan 2-i reanimasiya, 3-ü isə travmotologiya şöbəsinə yerləşdirilib.

Hadisə zamanı ölən iki nəfərin adı hələlik məlum deyil.

13:34

Ələt-Astara yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Məmmədyarov Natiq Mehdi oğlunun idarə etdiyi DYP avtomobili ötmə əməliyyatı zamanı qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə zamanı beş nəfərin xəsarət aldığı və Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildikləri bildirilir.

Məlumata görə, xəsarət alanlardan ikisi xəstəxanada ölüb.
DYP avtomobili “Mercedes”lə toqquşub: Ölənlər var – FOTO + YENİLƏNİB
DYP avtomobili “Mercedes”lə toqquşub: Ölənlər var – FOTO + YENİLƏNİB
DYP avtomobili “Mercedes”lə toqquşub: Ölənlər var – FOTO + YENİLƏNİB
DYP avtomobili “Mercedes”lə toqquşub: Ölənlər var – FOTO + YENİLƏNİB

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *