Bakının mərkəzində körpü uçmaq təhlükəsində » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Foto

Bakının mərkəzində körpü uçmaq təhlükəsində – FOTO

Bakının mərkəzində körpü uçmaq təhlükəsində


Sement daşıyan yük avtomobili körpüyə çırpılandan sonra bu hala düşüb.

Mərkəzi Neftçilər Xəstəxanasından “28 May” küçəsi istiqamətinə gedən yolun üstündəki körpü uçma təhlükəsi ilə üzləşib.

AzNews.info Azadlıq radiosu-na istinadən xəbər verir ki, sözügedən körpü sovet dönəmində inşa olunub.

Xəstəxana istiqamətindən gələn yol birtərəflidir. Ancaq körpünün dayaq sütunu yolu iki hissəyə bölür. Hazırda yolun bir hissəsi hərəkətə qapadılıb. Yaxınlıqda yaşayanların deməsinə görə, bir neçə gün əvvəl yolda qəza baş verib. “İri tonnajlı sement daşıyan “pompa” tipli yük avtomobili körpüyə çırpılıb. Hazırda körpüdə iri çat əmələ gəlib”, sakinlər belə deyib.

Sakinlər körpüdə son illərdə təmir işləri aparılmadığını bildiriblər. Körpüdə çat əmələ gəlməsindən sonra da hər hansı təmir işləri aparılmayıb. Sadəcə, körpünün uçma təhlükəsi olan hissəsi hərəkətə qapadılıb.

Məsələyə əlaqəli qurumlardan münasibət almaq, hələlik, mümkün olmayıb.

Bakının mərkəzində körpü uçmaq təhlükəsində
Bakının mərkəzində körpü uçmaq təhlükəsində
Bakının mərkəzində körpü uçmaq təhlükəsində
Bakının mərkəzində körpü uçmaq təhlükəsində

Mənbə: Azadlıq Radiosu
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *