Təyyarəyə vaxtında çata bilməsəniz nə etməlisiniz? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Təyyarəyə vaxtında çata bilməsəniz nə etməlisiniz? – TÖVSİYƏ

Təyyarəyə vaxtında çata bilməsəniz nə etməlisiniz?

Səyahətə gedənlərin ən böyük qorxularından biri də təyyarəyə vaxtında çata bilməməkdir.

Çox insan bu tip situasiyalarda nə edəcəyini bilmir. Pulumu geri ala bilərəmmi? Uçuşun tarixini dəyişdirmək mümkündürmü? Uçuşa vaxtında çata bilməsəm, nə etməliyəm?

Seyyah.az bu kimi suallara cavab axtarıb.

Tıxac, xəstəlik, yaddan çıxan pasport və digər hadisələr zamanı sərnişinlər təyyarəyə vaxtında çata bilmir. Əgər belə vəziyyətlə rastlaşsanız, ilk etməli olduğunuz bilet aldığınız şirkətin satış mərkəzlərinə getməkdir.

Situasiya hava yolları şirkətinə və biletin sinfinə görə dəyişir. Bir qayda olaraq, sərnişin reysə bir neçə saat qalmış uçuşdan imtina edirsə, ondan müəyyən miqdarda cərimə kəsilir.

Lakin reysə vaxtında çata bilməyəndə isə bir çox şirkət ödədiyiniz məbləği geri qaytarmır.

Əgər dönüş üçün bilet almısınızsa, avtomatik həmin bilet də ləğv edilir və təkrar satışa çıxarılır. Bu riski azaltmaq üçün gediş-dönüş biletlərinizi ayrı almağınız məsləhətdir.

Digər tərəfdən, əgər reys hava yolları şirkətinə görə, təxirə salınıbsa, belə olan halda pulunuzu geri alma və ya tarix dəyişikliyi mümkündür.

Fors-major hallarla rastlaşa biləcəyiniz üçün səyahət sığortası belə situasiyalarda böyük əhəmiyyət kəsb edir.

Təbii ki, sığorta etdirərkən detallarına qədər soruşmaq lazımdır. Biletə ödədiyiniz məbləği sığorta ilə geri almaq da mümkündür.

Mənbə: Seyyah.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *