Şahmatçının atasından Azad Rəhimova sərt ittihamlar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Şahmatçının atasından Azad Rəhimova sərt ittihamlar

Şahmatçının atasından Azad Rəhimova sərt ittihamlar

“Vasif Durarbəyli hələ 2006-cı ildə 14 yaşlılar arasında dünya ikincisi və Avropa çempionu olduqda belə onunla maraqlanmadılar. Təxminən sentyabrdan yanvara qədər heç kim onu axtarmadı. Sanki sıradan nəticə göstərib”.
Bunu apasport.az saytına açıqlamasında Azərbaycanın tanınan şahmatçısı Vasif Durarbəylinin atası Sabir Ələkbərov deyib.

Hazırda ABŞ-da təhsil alan qrossmeysterin gələcək karyerasında ciddi problem yaranıb. Atasının sözlərinə görə, aşağı yaş qruplarında dünya və Avropa çempionu, beynəlxalq turnirlərin qalibi olmasına baxmayaraq, övladı biganəliklə üzləşib. Artıq 25 yaşlı Vasiflə Azərbaycan Şahmat Federasiyası (AŞF) arasında ciddi narazılıqlar yaranıb.

Ələkbərov bildirib ki, oğlu ilk ciddi uğurlarını qazandığı vaxtdan haqsızlıqla üzləşib: “Hələ 2006-cı ildə məcburiyyət qarşısında qalib, bunu mətbuata açıqlamışdım. Ardınca federasiyadan “niyə belə etdiniz, ilin sonunda biz bunu nəzərə alacaqdıq” söylədilər. Gənclər və idman naziri Azad Rəhimovun köməkçisi məni nazirliyə dəvət etdi. Oğlumun kompüter və yarışlara yollanmaq problemi ilə üzləşdiyini dedim. Rəhimov da kompüter verdi. Sonra bildirdi ki, yarışların Əsasnaməsini gətir, sizi turnirə özüm göndərəcəm. 1 il bitdikdə federasiya buna qıcıqlandı ki, məktubsuz yarışa necə gedirsiniz? Ardınca yenidən əlaqələr kəsildi. Nazirin köməkçisi həmin vaxtdan indiyədək bizi qəbul etmir”.

Ələkbərovun sözlərinə görə, Olimpiada ərəfəsində də oğlunun hüquqları pozulub:

“Azərbaycanda cəmi 7 şahmatçı 2600-dən yuxarı xala malikdir. Onlardan da Şəhriyarla Teymur 2700-dən çox xal yığıblar. Bir nəfər isə legioner Arkadi Naydiçdir. Eşitdiyimə görə, ayda 8000 avro verirlər. Oğlum hazırlansaydı, əcnəbiyə niyə o qədər pul verilirdi ki? Olimpiadada 4 nəfərdən Rauf Məmmədovla Eltac Səfərlinin hərəsinə 6000, Qədir Hüseynova 4000, oğluma 1500 manat maaş kəsmişdilər. Özü də onlara ya fevral, ya da aprel ayından əməkhaqqı verilirdi.

Bu, hansı meyarladı, mənə çatmır. Hələ məsələ qaldırıblar ki, ABŞ-dan gəlib-getmə pulu da maaşın içindədir. Biz də müqaviləyə qol çəkmədik, açıq qaldı. Axırda xəzinədar zəng etdi ki, pul burada yığılıb qalıb. Cəmi 4 ayın pulunu verdilər. ABŞ-da təqaüd almır, həmin pula doğurdan da ehtiyac vardı. Müqaviləsiz-filansız qol çəkib, pulumuzu götürdük”.

O bildirib ki, AŞF-nın vitse-prezidenti Məmmədovun köməkliyi də uzun çəkməyib. Qurum rəsmisi 2013-cü ilin aprelində federasiya adından deyil, “SOCAR-Georgia” MMC-nin baş direktoru kimi lazımi dəstək verdi. 1-2 aylıq fasilə olsa da, 2 il davam edib:

“İstəyirəm ki, səbəbini biləm, Vasifin oxuduğu dövrdə xəbərdarlıq edilmədən niyə belə oldu? Ondan sonra yenə Həsənov ortaya girdi ki, federasiya sizə köməklik edəcək. Sentyabrda 500 manat yardım verdi. Onu da ərizə ilə müraciət edəndən sonra fasilələrlə və yanvar, ya fevralda yenidən saxladılar. Dedilər ki, Olimpiadada olacaq. Ondan sonra bu günə kimi heç nə vermirlər. Müraciətlərim cavabsız qalır. Həsənovun icazəsi olmadan, federasiyada milçək uça bilməz. Hər şeyi Rüstəmovun köməkçisi Muradın üstünə atır”.

Ələkbərov sonda gənclər və idman naziri Azad Rəhimova müraciət edib. O bildirib ki, nazirlə görüşüb, bir sıra məsələləri onunla müzakirə etmək arzusundadır.

Mənbə: Apasport
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *