Bacısını öldürən şəxs: Qəbiri açdım və bacımın sümüklərini dənizə atdım » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Bacısını öldürən şəxs: Qəbiri açdım və bacımın sümüklərini dənizə atdım – YENİLƏNİB + VİDEO

Bacısını öldürən şəxs: Qəbiri açdım və bacımın sümüklərini dənizə atdım

Lənkəranda 4 il əvvəl bacısı Təranə Ağayevanı öldürərək Nərimanabad 1 qəsəbəsi ərazisində basdırdığını deyən Ağayev Fuad Polad oğlunun göstərdiyi yerdə qazıntı işləri aparılıb və meytin qalıqları tapılmayıb.
Report xəbər verir ki, Lənkəran Rayon Prokurorluğu meyitin ekskumasiya olunması haqda qərar verib.

Ekskumasiyada Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin ekspertləri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. Amma F.Ağayevin göstərdiyi yerdən T.Ağayevaya aid heç bir qalıntı tapılmayıb.

F.Ağayev hadisə yerində hüquq-mühafizə orqanların əməkdaşlarına bildirib ki, meyiti həmin ərazidə basdırıb. Amma iki il keçəndən sonra qəbiri təkrar açaraq sümükləri oradan çıxarıb və dənizə atıb.

Faktla bağlı araşdırmalar davam edir.


16:20

Daxili İşlər Nazirliyi Lənkəranda 4 il əvvəl baş vermiş cinayətlə bağlı məlumat yayıb.

Oxu.Az DİN-in rəsmi saytına istinadən xəbər verir ki, məlumata görə, 2012-ci iyun ayının 17-də Lənkəran rayon sakini Təranə Ağayeva yaşadığı Nərimanabad qəsəbəsindəki evdən çıxmış və geri qayıtmayıb.

Lənkəran ŞRPŞ-yə daxil olmuş məlumat əsasında T.Ağayevanın həmin gün qəsəbə ərazisində qardaşı Fuad tərəfindən daşla döyülərək qətlə yetirilməsi və cəsədinin evinin yaxınlığında basdırılması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayev tutulub. O, hadisəni törətdiyini etiraf edib.

Təranənin cəsədinin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür.

Araşdırma aparılır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *