Bağla

AzNews.info



Bölmə: Sosial

Mehman Hüseynova qarşı 20 min manatlıq – İDDİA

Mehman Hüseynova qarşı 20 min manatlıq – İDDİA



Verdiyim müsahibədən sonra çoxsaylı müxalifət nümayəndələri mənə ismarıclar yazaraq təhqir etdilər.

AzNews.info xəbər verir ki, bu sözləri hafta.az-a açıqlamasında prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxan keçmiş nidaçı Elsəvər Mürsəlli deyib.

E.Mürsəlli bildirib ki, müsahibə yayımlandıqdan sonra ona edilən zənglərin ardı-arası kəsilmir:

“AXCP üzvləri də mənə zəng ediblər ki, nə üçün Əli Kərimlini tənqid etmişəm. Lakin ünvanıma ən pis sözləri dünən sizə verdiyim müsahibədən sonra öz-özünə qıcıqlanan Mehman Hüseynov işlətdi. O məni dilə gətirilməsi mümkün olmayan vulqar sözlərlə təhqir edib. Vəkilimlə danışmışam artıq. Mehman Hüseynovu məhkəməyə verəcəm. Məni təhqir etdiyinə görə, ondan 20 min AZN kompensasiya tələb edəcəm”.

E.Mürsəlli onu təhqir edənlərə də müraciət edərək bildirdi:

“Öz mədəniyyətsizliklərini açıq şəkildə nümayiş etdirən müxalifətçi gənclərdən bundan başqa heç nə gözləmirdim. Hörmətli Mehman bəy və müxalifətçilərin dili ilə desək, onun əqidədaşları, mənim əqidəm azərbaycanlı olmağımdır. Başa düşmürən ki, nə vaxtdan ölkəsinin prezidentini sevmək və ona hörmət etmək yaltaqlıq olub? Nə vaxtdan iqtidara keçmək sizin dilinizlə desək sınmaq olub? Qeyd etdiyim kimi Mehman Hüseynovun da təhqirlərinə məhkəmədə cavab verəcəm”.

Bildiririk ki, E.Mürsəlli sözügedən ismarıcı da “screen” edərək göndərib. Lakin ismarıcın qeyri-etik olduğunu nəzərə alaraq, onu yayımlaya bilmirik.

Mənbə: Hafta.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *