Bakıda dəhşətli hadisə: Keçmiş arvadını öldürdü, özünü binadan atdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Foto

Bakıda dəhşətli hadisə: Keçmiş arvadını öldürdü, özünü binadan atdı – FOTO

Bakıda dəhşətli hadisə: Keçmiş arvadını öldürdü, özünü binadan atdı


Bakıda ağır cinayət hadisəsi baş verib.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

1976-cı il təvəllüdlü Samir Axundov keçmiş həyat yoldaşı, 1987-ci il təvəllüdlü Gülnar Axundovanı qətlə yetirib.

Hadisə Gülnar Axundovanın ərindən ayrıldıqdan sonra 8 mikrorayondakı Nizami Nərimanov küçəsində yaşadığı evdə baş verib.

Samir Axundov keçmiş arvadını ürəyindən bıçaqlayıb və boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. O, dərhal hadisə yerini tərk edib.

Qadın təcili tibbi yardım briqadası tərəfindən yaralı vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Lakin 28 yaşlı Gülnar Axundovanın həyatını xilas etmək mümkün olmayıb və xəstəxanada dünyasını dəyişib.

Samir Axundov isə Gülnar Axundovanı bıçaqladıqdan sonra öz evinə qayıdıb. O, evinə qayıtdıqdan sonra yaşadığı mənzilin pəncərəsindən özünü ataraq, intihar edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Cinayətin motivi hələlik məlum deyil.

Bakıda dəhşətli hadisə: Keçmiş arvadını öldürdü, özünü binadan atdı
Bakıda dəhşətli hadisə: Keçmiş arvadını öldürdü, özünü binadan atdı
Bakıda dəhşətli hadisə: Keçmiş arvadını öldürdü, özünü binadan atdı

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *