Bağla

AzNews.info



Bölmə: Sosial, Media

Matəm günü reklam verən kanallar cəzalanacaq

Matəm günü reklam verən kanallar cəzalanacaq


Dünən prezident İlham Əliyevin imzaladığı sərəncamla “Günəşli” yatağındakı yanğınla bağlı bir günlük matəm elan edilsə də, bir sıra televiziya kanalları buna əməl etməyiblər.

“Qafqazinfo” xəbər verir ki, matəm günlərində teleradio proqramlarında reklam yayımlanması qanunla qadağan edilsə də, görünür əksər telekanallarımız maddi qazanc mənbələrindən imtina etmək istəməyiblər.

Telekanalların sərgilədiyi davranış sosial şəbəkə istifadəçilərinin də etirazına səbəb olub.

Milli Televiziya və Radio Şurasının monitorinq şöbəsinin sədri Təvəkkül Dadaşov isə məsələyə facebook hesabında reaksiya verib:

“Reklam yayımı haqqında Qanunun 20.8-ci maddəsində göstərilib ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində teleradio proqramlarında reklam yayımlanması qadağandır. Bu gün, yəni 6 dekabr tarixi belə günlərdəndi. Amma bir neçə dəqiqə əvvəl baxıram ki, Space TV-nin efirində şadlıq saraylarının, ANS-də isə mayenez, monstr kuklaları və s. reklamı yayımlanır. Mənə elə gəlir ki, bəlkə də kanallar bunu bilərəkdən eləmir. Məhz pis tərəfi də budur. Çünki kanallarda bu işlərə cavabdeh olanların bir çoxu qanunları bilmir, sonra da deyirlər ki, Şura bizi cərimələdi”.

T.Dadaşov “Qafqazinfo”ya açıqlamasında pozuntu halları ilə bağlı arayış hazırladığını və rəhbərliyin bununla bağlı qərar verəcəyini deyib. O, həmçinin “Xəzər TV” efirində də pozuntu hallarının aşkarlandığını və hələ ki, bu halların sadəcə reklamla bağlı olduğunu vurğulayıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov isə bildirib ki, dünən iş günü olmadığı üçün kanalların matəm günündə efirə gedən yayımına bu gün mütəxəssislər tərəfindən baxılacaq. Aparat rəhbəri dünən efirində reklam yayımlayan telekanalların cəzalandırılacağını qeyd edib.

Mənbə: Qafqazinfo.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *