Azərbaycan Xəzəryanı ölkələrə müraciət etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Azərbaycan Xəzəryanı ölkələrə müraciət etdi

Azərbaycan Xəzəryanı ölkələrə müraciət etdi


İtən neftçilərin axtarış və xilasetmə işlərinə bütün müvafiq strukturlar, gəmilər, sərhəd qoşunları və FHN cəlb edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kadr Rejim və İnformasiya Texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov bildirib.

O qeyd edib ki, Dövlət Dəniz Administrasiyası vasitəsilə Xəzər akvatoriyasındakı bütün gəmilərə itkin düşənlərlə bağlı məlumatları bildirmək tapşırılıb. Belə ki, itən neftçilərin cəsədləri güclü axına görə bu ölkələrin sektoruna düşə bilər.

Eyni zamanda Türkmənistan və İranının müvafiq qurumlarının, eləcə də dənizdə olan bütün üzən gəmilərin itkin düşənlər barədə məlumatlandırıldığını da bildirib.

Axtarış əməliyyatlarına Sərhəd qoşunlarının 3, Fövqəladə Hallar Nazirliyinin (FHN) 4 vertolyotu cəlb olunub.

X.Məmmədov qeyd ki, yanğın baş verən platformadan 33 nəfər xilas edilib, 1 nəfərin cənazəsi çıxarılıb və 29 nəfər itkin düşmüş insanın axtarışları davam edir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *