Təmas xəttini keçən iki hərbçimiz minaya düşüb? » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi, Hadisə

Təmas xəttini keçən iki hərbçimiz minaya düşüb?

Təmas xəttini keçən iki hərbçimiz minaya düşüb?


İtkin düşmüş hesab edilən iki Azərbaycan hərbçisi Ermənistan tərəfə keçməyib və əsir düşməyib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan bildirib.

“İstisna etmirik ki, Azərbaycan hərbçiləri azıblar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisinin müraciətindən belə çıxır”- deyə A.Ovanisyan bildirib.

Onun sözlərinə görə, bu gün saat 16:00 radələrində Qırmızı Xaçın İrəvan nümayəndəliyi Ermənistan Müdafiə Nazirliyinə müraciət edərək Azərbaycan silahlı qüvvələrinin Tavuş vilayətinin Vazaşen kəndi istiqamətindəki mövqelərinin qarşısındakı zolaqdan mina partlayışında yaralandığı ehtimal edilən iki azərbaycanlı hərbçinin cəsədinin çıxarılmasına qarantiya verilməsini xahiş edib.

Ermənistan Müdafiə Nazirliyi dərhal belə qarantiya verib, ancaq Azərbaycan tərəfinin hansı addımı atdığı məlum deyil.

“Rəsmən bəyan edirik ki, erməni tərəfinə heç bir Azərbaycan hərbçisi keçməyib”- deyə Ovanisyan bildirib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün axşam saatlarında iki çağırışçı - kiçik çavuş Musa Sabir oğlu Musayevin və kiçik çavuş Tural Sahib oğlu Yolçuyevin azaraq təmas xətttini keçdiyinə dair məlumat yayıb. Məlumatda deyilirdi ki, onların erməni tərəfinə keçdiyi güman olunur. Lakin mina partlayışı barədə heç nə deyilməyib.

Bu insident Azərbaycan silahlı qüvvələrinin general Rövşən Əkbərovun komandanlıq etdiyi ordu korpusunda son həftələr baş vermiş növbəti ciddi insidentdir. Bundan əvvəl mətbuatda həmin korpusun hərbi hissələrində iki əsgərin intiharı barədə xəbərlər yayılmışdı. Müdafiə Nazirliyi bu məlumatları şərh etməyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *