Mariupolda atəş səsləri » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Mariupolda atəş səsləri

Mariupolda atəş səsləri


Ukraynanın şərqində Rusiya meylli separatçılar strateji Mariupol portu yaxınlığında hökumət qoşunlarının mövqelərini artilleriya atəşinə tutublar.

ANS PRESS-in məlumatına görə, BBC müxbiri atəşə tutulan hökumət qoşunlarının yanında olub. O bildirir ki, separatçıların bombardmanı beynəlxalq müşahidəçilər bu məntəqəni tərk edəndən az sonra baş verib. Müxbir qeyd edir ki, partlamamış mərmilərdən biri onun ağır artilleriya qurğusundan atıldığını göstərir və bu silahlar atəşkəs rejiminə uyğun olaraq cəbhə xəttindən geri çəkilməli idi.

Ukrayna hərbçiləri isə belə atəşkəs pozuntularına artıq öyrəşdiklərini söyləyirlər.

ABŞ Dövlət Departamenti öz növbəsində “birləşmiş separatçı-Rusiya qoşunlarının” təcavüzü ilə bağlı bəyanat yayıb. Departamentin sözçüsü Mari Harf Rusiya ordusunu “Ukraynanın şərqinə əlavə hava hücumundan müdafiə raketləri gətirməkdə” ittiham edib.

Kreml bu iddialara hələlik heç bir cavab verməyib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *