Ərdoğan Tramp və Putinlə danışıqlarının detalları haqda » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ərdoğan Tramp və Putinlə danışıqlarının detalları haqda

Ərdoğan Tramp və Putinlə danışıqlarının detalları haqda

"Ötən axşam ABŞ prezidenti Donald Trampla Suriyadakı məsələləri, terrorçuluğa qarşı mübarizəni müzakirə etdik. İki gün öncə Rusiya prezidenti Vladimir Putinlə də bu məsələləri müzakirə etmişdik. Onlara dedim ki, biz buralardan (Suriyanın Afrin şəhərini nəzərdə tutur) geri addım ata bilmərik".

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O vurğulayıb ki, türk xalqı tarixən hər zaman məzlumların köməyinə çatıb, ehtiyacı olanların yanında yer alıb: "Mən bunu Trampa da, Putinə də söylədim".

Prezident qeyd edib ki, terrorçulardan azad edilən Afrində geniş əməliyyatlar davam edir: "Afrinlə bağlı məsələni, demək olar ki, bitirmişik. Amma bu məsələlər Afrinlə yekunlaşmayacaq. İdlib var, Menbiç var. Oralarda da haqq-ədalət yerini tutana qədər yolumuza davam edəcəyik".

R.T.Ərdoğan bəyan edib ki, Türkiyə terrorizmə qarşı mübarizəni davam etdirəcək: "Mübarizəmiz bitməyib, bəziləri sakit dayanmadılar. PKK 40 ildir susmur. Biz də səbirlə gözlədik, amma səbrimizin də bir həddi var. İndi bu məsələlərdə hansı səviyyəyə gəldiyimizi hamı görür. Artıq onlara hədlərini bildirməyimiz lazımdır. Cudidə, Tendürekdə, Bestler dərəsində onların yuvalarına qədər getdik, bütün sığınacaqlarını dağıtdıq. Oradan Suriyaya qaçdılar. PKK PYD ilə birləşdi. Onlara da lazım olan dərsi verdikmi?! Verdik! İndiyə qədər 3700-dən çox terrorçunu zərərsizləşdirmişik. Bu işi davam etdiririk və etdirəcəyik. Bundan əvvəl "Fərat qalxanı" ("Fırat kalkanı") əməliyyatı zamanı onlara lazım olan dərsi vermişdik".

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *