Erməni analar haray çəkdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Sosial

Erməni analar haray çəkdi

Erməni analar haray çəkdi


Bu gün İrəvanda oğulları Ermənistan ordusunda həlak olmuş erməni analar prezident adminstrasiyasının önünə toplaşaraq etiraz mitinqi keçiriblər.

ANS PRESS-in məlumatına görə, polis onların qarşısını alıb, erməni analardan yalnız birinə - Göhar Sarkisyana Ermənistan prezidenti yanında məktubların və vətəndaşların qəbulu şöbəsinə getməyə icazə verilib. Gohar Sarkisyan bir neçə ay əvvəl göndərdiyi məktuba cavab almaq istəyib.

Yarım saatlıq görüşdən sonra Gohar Sarkisyan bildirib ki, şöbə müdiri Aida Asatryan bu barədə ölkə başçısı Serj Sarkisyana məlumat verib. Aida Asatryan əsgər analarının bütün məktublarını ona göstərib və bildirib ki, şöbə müdiri kimi vəzifəsini səliqə ilə yerinə yetirir. Sadəcə, prezident özü bu məktublara cavab vermir.

Əsgər anaları Sarkisyanı yalançılıqda günahlandırırlar. Çünki bir neçə il qabaq əsgər anaları ilə görüşən Serj Sarkisyan ölümlər üzrə ədalətli istintaq aparlıcağını demişdi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *