Bağla

AzNews.info



Bölmə: Siyasət, Tarix, Kriminal

Polşada Lex Kaçinskinin təyyarəsinin “qara qutusu” partlayış anını qeydə alıb

Polşada Lex Kaçinskinin təyyarəsinin “qara qutusu” partlayış anını qeydə alıb


Polşada komissiya prezident Lex Kaçinskinin təyyarəsinin “qara qutusu”nun partlayış anını qeydə aldığını müəyyənləşdirib.

Oxu.Az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Antoniy Maçereviç bildirib.

“Biz “qara qutu”lardan birinin partlayış anını qeydə aldığını müəyyənləşdirdik. Biz hazırda bu elektron yazının təhlili ilə məşğuluq”, - deyə komissiyanın məlumatında bildirib. Komissiyadan məsələ ilə bağlı bağı hər-hansı şərh verilməyib.

Bundan əvvəl Rusiya İstintaq İdarəsi Polşa tərəfinin Kaçinskinin təyyarəsinin qanadında partlayış izlərinin aşkarlanmasına dair məlumatları təkzib edib.

Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinski, onun həyat yoldaşı Mariya Kaçinskaya və yüksək vəzifəli şəxsləri daşıyan təyyarə 2010-cu il aprelin 10-da Rusiyanın Smolensk hava limanına enərkən qəzaya uğrayıb. Qəza nəticəsində 88 sərnişin və 8 ekipaj üzvü ölüb. Onlar Katın faciəsinin 70-ci ildönümü tədbirlərində iştirak etmək məqsədilə Smolenskə gedirdi.

Mənbə: Oxu.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *