Polyak prezidentin ölümü yenidən araşdırılır
Polşanın eks-prezidenti Lex Kaçinskinin ölümü ilə nəticələnən Tu-154 təyyarə qəzasını araşdıran işçi komissiyanın fəaliyyəti fevralın 7-nə qədər yenilənəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Polşanın Müdafiə Nazirliyinin mətbuat katibi BartolomeyMişeviç söyləyib. Onun sözlərinə görə, komissiyanın tərkibinə xarici ölkələrdən olan ekspertlər də daxil ediləcək.
Qeyd edək ki, Polşaya məxsus Tu-154 təyyarəsi 2010-cu il aprelin 10-da Rusiyanın Smolensk vilayətində qəzaya düşüb. Qəza nəticəsində Polşa Prezidenti LexKaçinski və həyat yoldaşı ilə bərabər daha 86 hökumət nümayəndəsi həlak olub. İndiyə qədər qəzanın əsl səbəbini öyrənmək mümkün olmayıb.
Mənbə:> Axar.az