İraqda hərbi konvoy pusquya düşüb: Ölənlər var » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

İraqda hərbi konvoy pusquya düşüb: Ölənlər var

İraqda hərbi konvoy pusquya düşüb: Ölənlər var


İraqın qərbində Rutba şəhərində naməlum şəxslər hərbi karvana hücum ediblər.

Oxu.Az İsrail KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 10 nəfər ölüb, 20-yə yaxın əsgər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

İraq Silahlı Qüvvələrin nümayəndəsi İmad əl-Dulayminin sözlərinə görə, aprelin 24-ə keçən gecə karvan pusquya düşüb. Hücum edənlər avtomat və qumbaraatanlardan istifadə ediblər.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Dulaymi isə hesab edir ki, hücumun arxasında “İslam Dövləti” terror qruplaşması durur. Onun sözlərinə görə, hücumun məqsədi qoşunları Mosul uğrunda mübarizədən yayındırmaqdır.

Rutba Bağdaddan 390 km məsafədə yerləşir. Burada İŞİD yaraqlılarının işğalı altında olan yaşayış məntəqələrinin azad edilməsi istiqamətində əməliyyatlara hazırlıq gedir.

Döyüşlərə amerikalı hərbçilər də cəlb edilib. Onlarla hərbçi Anbar əyalətində yerləşən “Ayn əl-Əsəd” bazasına köçürülüb. Onlar Ana, Rava və Əl-Kaim şəhərləri uğrunda həyata keçirilən əməliyyatları dəstəkləyəcəklər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *