Türkiyədə ard-arda partlayışlar: ölü və yaralılar var » AzNews.info -Xəbər portalı

Türkiyədə ard-arda partlayışlar: ölü və yaralılar var

Türkiyədə ard-arda partlayışlar: ölü və yaralılar var

Türkiyənin Diyarbəkir vilayətinin Dicle rayonunda PKK terrorçuları Jandarma idarəsinə bomba ilə yüklənmiş avtomobillə hücum edib. ANS PRESS-in məlumatına görə, güclü partlayış nəticəsində 1 əsgər şəhid olub, 26 nəfər isə yaralanıb.

Yaralılar arasında din sakinlər də var. Xəsarət alanlar helikopter və təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. Türkiyə mətbuatının yazdığına görə, güclü partlayış zamanı bir yüksək rütbəli hərbçinin ağır yaralanıb.

Müxtəlif məlumatlara görə, hadisə nəticəsində 3-dən 10-dək hərbçi yaralanıb.

Terror hücumundan sonra ərazidə təhlükəsizlik qüvvələri terrorçular arasında atışma baş verib. Bölgəyə zirehli maşınlarla hərbi birliklərin göndərildiyi bildirilir.

Lakin terrorçular bir partlayışla kifayətlənməyərək köməyə gələn təhlükəsizlik qüvvələrinə qarşı da terror hücumu həyata keçirib.

Belə ki, PKK-lılar həmin təhlükəsizlik qüvvələrinin gəldiyi magisrtal yolıda basdırılmış partlayıcı işə salınıb. Hazırda bölgədə havadan helkipterlərin dəstəyi ilə əməliyyatlar davam edir.

Mayın 1-də Türkiyənin Gaziantep şəhərində Polis İdarəsinin qarşısında bomba yüklü avtomobilə törədilən partlayış nəticəsində 2 polis şəhid olub, 18-i polis əməkdaşı olmaqla, 22 nəfər yaralanıb.

Diyarbəkir vilayətindən aprel ayının 1-də də terror aktı törədilib. PKK terrorçusu yolun kənarında saxlanılmış bomba yüklü avtomobili təhlükəsizlik qüvvələrini daşıyan avtobus keçərkən partladıb.

Partlayış zamanı 7 polis şəhid olub, 13 polislə yanaşı 14 dinc sakin yaralanıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *