Bağla

AzNews.info



Hitlerin ad günündə Almaniyada printerlər “qiyam etdi”

Hitlerin ad günündə Almaniyada printerlər “qiyam etdi”


Almaniyada Adolf Hitlerin ad günündə bütün ölkə universitetlərinin printerləri antisemit məzmunlu vərəqələr çap etməyə başlayıb.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Ali məktəblərin rəhbərlərinin fikrincə, “aparatların qiyamının” arxasında hakerlər dayanıb. Hücuma Hamburq, Lyuneburq və Tyubingen də daxil olmaqla 10 universitet məruz qalıb.

“Avropa oyan!” sərlövhəsi ilə çap edilən vərəqələrdə Yaxın Şərq ölkələrindən kütləvi qaçqın axınından danışılır. “Avropanı düşmən yadellilərin basdığı” iddia edilir, eləcə də sabiq Avropa fürrerinin sözlərindən sitatlar gətirilir.

Universitetlər hüquq-mühafizə orqanlarına kompüter şəbəkələrinin hakerlər tərəfindən dağılmasına dair şikayətlə müraciət ediblər.

Bu ilin mart ayında Amrikanın pristonunda buna bənzər hadisə baş vermişdi. Orada da Hamburq universitetində çap olunan vərəqələrlə eyni məzmunlu və #dailystormer həştəq ilə çap olunmuşdu. Söhbətin eyni qrupun fəaliyyətindən getdiyi istisna edilmir.

Mənbə: Oxu.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *